Əlamətlər: həqiqətən sındırılıb?
| Əlamət | Nə ola bilər |
|---|---|
| Ziyarətçi başqa sayta, çox vaxt yalnız telefondan yönləndirilir | .htaccess, JS və ya bazaya yeridilmiş kod |
| Google-da saytınızın adında yad mətnlər | Axtarış spamı |
| Tanımadığınız admin istifadəçisi | Oğurlanmış parol və ya plagin boşluğu |
| CPU daim 100 faiz | Kriptovalyuta mayneri |
| Serverdən spam gedir | Veb shell və ya oğurlanmış poçt hesabı |
| Fayllar şifrələnib, tələb mətni var | Şifrələyən zərərli proqram |
Hər xəta sındırılma deyil: dolmuş disk və uğursuz yeniləmə də saytı dağıdır.
İlk saat, dəqiqə-dəqiqə
- 0–5 dəqiqə. Vaxtı, nə gördüyünüzü və ekran şəkillərini yazın. Kimin nə etdiyini bir nəfər qeyd etsin.
- 5–15. Serveri təcrid edin (aşağıda). Müştəri məlumatı axırsa, saytın işləməsi ikinci yerdədir.
- 15–40. Vəziyyəti və jurnalları öz kompüterinizə köçürün.
- 40–50. Təmiz kompüterdən panel, domen, e-poçt və ödəniş sistemi parollarını dəyişin, iki mərhələli girişi yandırın.
- 50–60. Qərar verin: təmizləmə, yoxsa yeni server.
Təcrid: yalnız sizin ünvan qalsın
Bu qaydalar həm gələn, həm gedən trafiki bağlayır. 198.51.100.7 yerinə öz ünvanınızı yazın:
sudo ufw --force reset
sudo ufw default deny incoming
sudo ufw default deny outgoing
sudo ufw allow from 198.51.100.7 to any port 22 proto tcp
sudo ufw --force enable
# artıq açıq olan bağlantılar; şübhəlini kəsin
sudo ss -tnp state established
sudo ss -K dst 203.0.113.77Docker portları ufw-dən yan keçir, konteynerləri docker pause ad ilə dondurun. Hücumçunun root hüququ varsa, qaydaları geri aça bilər: onda sübutları götürən kimi serveri paneldən dayandırın. Giriş itərsə, brauzer konsolu qalır.
Sübutları itirmədən götürün
Söndürmə yaddaşdakı izləri silir, ona görə əvvəl bunları saxlayın:
mkdir -p ~/ir && chmod 700 ~/ir && cd ~/ir
sudo sh -c 'date; uptime; who; ss -tupan; ps auxf' > veziyyet.txt
sudo last -aiF > girisler.txt
sudo journalctl --since "30 days ago" > journal.txt
sudo tar -czf - /var/log > loglar.tar.gz
sudo tar -czf - /var/www > sayt.tar.gz
sha256sum * > ../ir-sha256.txtDisk doludursa, arxivləri serverdə saxlamadan birbaşa ötürün. Öz kompüterinizdə:
scp -r deploy@203.0.113.10:ir ./hadise-2026-11Giriş yolunu və zərərli kodu axtarın
# son 14 gündə dəyişən PHP faylları
sudo find /var/www -type f -name '*.php' -mtime -14 -printf '%TY-%Tm-%Td %TH:%TM %u %p\n' | sort
# yükləmə qovluğunda PHP olmamalıdır
sudo find /var/www -path '*uploads*' -name '*.php*'
# gizlədilmiş kodun adi izləri (yalançı nəticə də ola bilər)
sudo grep -rlE --include='*.php' 'eval\(base64_decode|gzinflate\(base64|assert\(\$_(POST|GET|REQUEST)' /var/www
# müvəqqəti qovluqlarda icra olunan fayllar
sudo find /tmp /var/tmp /dev/shm -type f -perm /111 -ls
# uğurlu SSH girişləri
sudo journalctl -u ssh | grep Accepted
# root hüquqlu əlavə hesab: yalnız root çıxmalıdır
awk -F: '$3==0{print $1}' /etc/passwd
# açarlar
sudo find / -xdev -name 'authorized_keys*' -exec ls -l {} +
# planlaşdırılmış tapşırıqlar
sudo sh -c 'cat /var/spool/cron/crontabs/*; ls -la /etc/cron*; systemctl list-timers --all'
# son dəyişən systemd faylları
sudo find /etc/systemd /usr/lib/systemd -name '*.service' -mtime -30
# bu fayl normalda olmur
ls -l /etc/ld.so.preloadWordPress-də əsas faylları rəsmi nəzarət cəmləri ilə tutuşdurun. İnternet bağlıdırsa, bunu surətdə edin:
wp core verify-checksums --path=/var/www/sayt
wp plugin verify-checksums --all --path=/var/www/sayt
wp user list --role=administrator --path=/var/www/saytVeb jurnalda zərərli faylın ilk yaranma vaxtı ətrafındakı POST sorğularına baxın: giriş yolu çox vaxt orada görünür. Fayl tarixləri saxtalaşdırıla bilər, tək onlara güvənməyin.
Təmizləmək, yoxsa yeni server
| Nə tapılıb | Qərar |
|---|---|
| Yalnız bir saytın faylları, PHP ayrıca istifadəçi ilə işləyirdi | Saytı təmiz mənbədən yenidən yığın |
| Sudo və ya root hüquqlu giriş, dəyişmiş sistem faylı | Yalnız yeni server |
| Giriş yolu tapılmayıb | Yeni server |
| Bir istifadəçi altında bir neçə sayt | Hamısını sındırılmış sayın |
| Fayllar şifrələnib | Yeni server və nüsxədən bərpa |
Yeni serverdə ardıcıllıq:
- Sistemi sıfırdan qurun və serveri qoruyun. Köhnəsini hələ silməyin.
- Proqram, mövzu və plaginləri rəsmi mənbədən təzə götürün, köhnə kodu köçürməyin.
- Bazanı hadisədən əvvəlki nüsxədən götürün və admin siyahısına,
siteurl-ə, yad skriptlərə baxın:grep -c '<script' dump.sql. - Yükləmə qovluğundan yalnız şəkil və sənədləri gətirin, PHP-ni yox.
- Giriş yolunu bağlayın: yeniləmə, plaginin silinməsi, rollar.
- DNS-i yalnız yoxlamadan sonra dəyişin.
Nüsxənin də yoluxduğunu nəzərə alın. Serverin öz diskində saxlanan nüsxəyə hücumçu da çatıb, kənar surət haqqında: VPS ehtiyat nüsxəsi.
Hansı parollar və açarlar dəyişməlidir
Serverdə olan hər gizli məlumatı oğurlanmış sayın:
- SSH açarları və sistem parolları
- Baza istifadəçiləri
.envvəwp-config.phpiçindəki açarlar, WordPress salts- Ödəniş, SMS, e-poçt və S3 API açarları
- Bütün admin hesabları, aktiv sessiyaların bağlanması
- Git tokenləri və CI açarları
- SSL gizli açarı: yeni sertifikat alın, köhnəsini ləğv edin
Kimə xəbər vermək lazımdır
- İstifadəçilər. Parol və ya şəxsi məlumat sızıbsa, nə baş verdiyini və nə etməli olduqlarını sadə dillə yazın.
- Bank və ödəniş provayderi. Kart məlumatı və ya ödəniş səhifəsi toxunulubsa, dərhal.
- Hüquqşünas. Fərdi məlumatlarla bağlı öhdəlikləri və müddətləri o deyir.
- Dövlət orqanı. Cinayət əlaməti varsa, hüquqşünasla birlikdə müraciət edin; sübutlar bunun üçün lazımdır.
- Google. Search Console → Security issues bölməsində təmizləmədən sonra yenidən baxış istəyin.
- Hostinq dəstəyi. Şübhəli trafik barədə xəbər verin. Cloudraft dəstəyi 24/7 cavab verir, lakin tətbiqin təmizlənməsi serverin sahibinin işidir.
Təkrarın qarşısını alan ən ucuz üç tədbir: avtomatik təhlükəsizlik yeniləmələri, hər sayt üçün ayrıca istifadəçi (bir serverdə bir neçə sayt) və serverdən kənarda yoxlanmış nüsxə.
Sındırılmış sayt haqqında suallar
Sayt sındırılıbsa, serveri dərhal söndürmək düzgündür?
Məlumat axırsa və ya fayllar şifrələnirsə, bəli. Başqa halda əvvəl şəbəkədən təcrid edin və vəziyyəti saxlayın, çünki söndürmə proseslərin və bağlantıların izini silir.
Antivirus skaneri saytı tam təmizləyir?
Tam zəmanət vermir. Skaner tanınmış nümunələri tapır, dəyişdirilmiş arxa qapını isə buraxa bilər. Etibarlı yol kodu təmiz mənbədən yenidən yığmaqdır.
Nüsxədən bərpa etdim, sayt yenə sındırıldı, niyə?
Çox güman ki, giriş yolu bağlanmayıb: köhnə plagin, oğurlanmış parol və ya nüsxənin içindəki arxa qapı. Bərpadan əvvəl səbəbi tapın və bütün parolları dəyişin.
Hücumçu pul tələb edirsə, ödəmək lazımdır?
Ödəniş məlumatın qaytarılmasına zəmanət vermir. Əvvəl nüsxələri yoxlayın, hüquqşünasa və hüquq-mühafizə orqanına müraciət edin.